Yəməndə terror aktı nəticəsində onlarla insan ölüb


Dünya 25 Fev 2018 00:56:01 252 0

Yəməndə terror aktı nəticəsində onlarla insan ölüb

İki minalanmış avtomobil partladılıb

Yəmənin cənubunda yerləşən Ədən şəhərində törədilən silsilə partlayışlar nəticəsində onlarla insan ölüb və yaralanıb.

“Report” xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Bildirilir ki, terror aktları iki minalanmış avtomobilin partladılması nəticəsində qeydə alınıb.