BMT TŞ bütün Suriya ərazisində atəşkəs haqqında qətnamə qəbul edib


Dünya 25 Fev 2018 00:29:05 352 0

BMT TŞ bütün Suriya ərazisində atəşkəs haqqında qətnamə qəbul edib

Qərar 30 gün müddətinə nəzərdə tutulub

BMT Təhlükəsizlik Şurası Suriyada 30 günlük atəşkəs və humanitar əməliyyatların aparılmasına dair qətnaməni yekdilliklə qəbul edib.

“Report” xəbər verir ki, sənədə əsasən, bütün tərəflər silahlı toqquşmaları dayandırmalı və bütün Suriya ərazisində uzunmüddətli humanitar fasiləni təmin etməlidir.

Bu addım humanitar yardımın maneəsiz çatdırılması və ağır xəstə və yaralıların təxliyyə edilməsi məqsədi ilə atılıb.