Yəməndə iki partlayış törədilib: 6 ölü, 43 yaralı


Dünya 24 Fev 2018 23:42:00 262 0

Yəməndə iki partlayış törədilib: 6 ölü, 43 yaralı

Yəmənin paytaxtı Adendə terrorçular tərəfindən hərbi antiterror düşərgəsinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb, daha sonra isə terrorçular və hərbçilər arasında atışma başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış və atışma nəticəsində 6 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb. İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.