Ermənilər hava limanında “Xocalı” aksiyasına mane olmaq istədilər VIDEO FOTO


Dünya 24 Fev 2018 22:53:00 301 0

Ermənilər hava limanında “Xocalı” aksiyasına mane olmaq istədilər VIDEO  FOTO

Bu gün Ukraynanın Borispol Hava Limanında Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun fəalları ilə ermənilər arasında insident yaşanıb.

Son.az xəzərnews.az-a istinadən xəbər verir ki, insidentə səbəb diaspor fəallarının Xocalı soyqırımının ildönümü ərəfəsində sərnişinlərə sözügedən faciəni anlatan buklet paylamaları olub.

Aksiyanın keçirilməsinə etiraz edən ermənilər gənclərə mane olublar, sonra isə Hava Limanı rəhbərliyinə şikayət ediblər. Lakin aksiyanın icazəli olduğunu öyrənən ermənilər geri çəkiliblər.

Bir neçə saat ərzində iki minə yaxın sərnişinə Ukrayn dilində hazırlanan və Xocalı soyqırımını anlatan bukletlərin paylanılmasına nail olunub.


Xəbərə aid video


Xəbərə aid fotolar