Qondarma "erməni soyqırımı"na səs verən


Dünya 24 Fev 2018 22:24:00 259 0

Qondarma "erməni soyqırımı"na səs verən

Denk partiyasından olan Tunahan Kuzu və Səlcuq Öztürk, eləcə də partiyanın Mərakeş əsilli millət vəkili qondarma "erməni soyqırımı" qərarının əleyhinə çıxıblar

Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasında qəbul edilən qondarma "erməni soyqırımı" barədə qərarın lehinə Türkiyə əsilli 5 millət vəkili də səs verib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Türkiyə əsilli millət vəkilləri tərəfindən yaradılan Denk partiyasından başqa bütün partiyalar bu qərara dəstək verib. Denk partiyasından olan Tunahan Kuzu və Səlcuq Öztürk, eləcə də partiyanın Mərakeş əsilli millət vəkili qondarma "erməni soyqırımı" qərarının əleyhinə çıxıblar.

Müxtəlif partiyalarda təmsil olunan və qərarın lehinə səs verən Türkiyə əsilli 5 millət vəkilləri isə bunlardır - Dilan Yeşilgöz, Nevin Özütok, Zihni Özdil, Saadet Karabulut və Cem Laçin. Bunlar qondarma "erməni soyqırımı" ilə əlaqədar qərarın lehinə səs verərək bir daha Türkiyə əleyhinə olduqlarını göstəriblər.


Xəbərə aid fotolar