Böyük qeyb dövründə İslam alimlərinin məqamı


Digərləri 24 Fev 2018 22:15:00 312 0

Böyük qeyb dövründə İslam alimlərinin məqamı

"Əgər bilmirsinizsə, Zikr (elm) əhlindən soruşun". ("Nəhl" 43)

Son.az deyerler.org-a istinadən bildirir ki,  bu ayədə zikr (elm) əhli - müqəddəs İmamlar (ə) nəzərdə tutulub. Onlardan sonra isə zikr (elm) əhli alimlər sayılırlar. Adi insanların bilmədikləri şəri məsələləri zikr (elm) əhlinə təqlid edib, onlardan soruşması vacibdir.

"Biz o misalları camaat üçün gətiririk, yalnız alimlər və mütəfəkkirlər o misalları dərk edirlər". (Ənkəbut 43)

"Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar" ("Fatir" 28. )

İmam Sadiq (ə) buyurur:"Hər kim müsəlman bir fəqihə hörmət etsə, Qiyamət günündə Allahın ondan razı olduğu bir şəkildə Onun hüzuruna gedər. Hər kəs müsəlman bir fəqihə hörmətsizlik etsə, Allah Təala ilə Allahın ona qəzəbli olduğu halda görüşər".

İmam Əli (ə) buyurur: "Həqiqətən alimin əcr və savabı, Allah yolunda cihad edərək gecələri namazla keçirən, gündüzləri isə oruc tutan şəxsin savabından daha böyükdür".