Göygöldə qısqanc oğul anasını bıçaqlayıb


Digərləri 24 Fev 2018 21:47:00 208 0

Göygöldə qısqanc oğul anasını bıçaqlayıb

Qadın qonşuya qaçmaq istəsə də, oğlu ona çatıb

Göygöl şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki,1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı öz oğlu tərəfindən bıçaqlanıb.

Məlumata görə, hadisə mübahisə zəminində qeydə alınıb. Ana qonşuya qaçmaq istəsə də, oğlu onların evi yaxınlığında anasına çatıb və qadını qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.