Uşaqlarda allergik dermatit –


Digərləri 24 Fev 2018 21:23:00 313 0

Uşaqlarda allergik dermatit –

Valideynlər arasında diatez adı ilə məşhur allergik dermatit son zamanlar demək olar, bütün uşaqların əziyyət çəkdiyi problemdir. Dərinin allergik xarakterdə iltihabə olan bu xəstəliyin səbəbini saymaqla bitməz.  

Son.az medicina.az-a istinadən bildirir ki, doğuşdan sonra körpənin orqanizmində ətraf mühitə qarşı bir xeyli dəyişikliklər başlayır. Ətraf mühit nə qədər aqressivdirsə, bu sistem dəyişiklikləri bir o qədər aqressiv keçir. Çoxlu sayda allergenlərin hücumuna məruz qalan uşağın dərisində allergik qızarma, səpmələr yaranır. Zamanla orqanizmin əhliləşməsi baş verir, düzgün immun cavab formalaşır, orqanizm allergenləri tanımağa başlayır. Bütün bunlar bitənə kimi uşaqlar allergik reaksiyalara açıqdır. Südvermə mərhələsində ananın yeməyindən asılı olaraq keçən allergenlər, daha sonra da uşağın sərbəst qidalanma zamanı yeni ərzaqların,  meyvələrin dadına baxması, daha sonra dərmanlara realsiya, peyvəndlərə reaksiya, bitkilərə, böcəklərə- bunlar hamısı allergik dermatitin oyadıcısı ola bilər.

Başa düşmək lazımdır ki, uşaq diatezi dərinin ayrıca xəstəliyi deyil, bu allergik reaksiyanın dəridə təzahürüdür.  Allergenin orqanizmə 3 düşmə yolu var:

-Yeməklə qida allergeninin keçməsi -Tənəffüs zamanı respirator allergiya -Toxunma ilə dəriyə birbaşa allergenli maddənin təsiri

Əsas simptomları: Qırmızı nöqtə kimi səpki, ləkələr, qızardı, qaşıntı, quruma, qabıqlanma, çatlar, kiçik yaralar Ağırlaşması: Bakteriyaların keçməsi nəticəsində infeksiyalaşma