İş mədəniyyətini necə dəyişmək olar?


Digərləri 24 Fev 2018 20:50:00 229 0

İş mədəniyyətini necə dəyişmək olar?

"NUMMI" (New United Motor Manufacturing Inc.,) Toyota Motor Corp və General Motors (GM) tərəfindən əsası qoyulan məşhur bir təcrübədir. Bu təcrübənin ən başlağıcından orda olan və şirkət iş mədəniyyəti dəyişimin təəccüblü hekayəsinin şahidi olan John Shook-a tez tez "siz nə etdiz ki, NUMMI-dəki iş mədəniyyətini belə sürətlə və köklü dəyişdiz?" sualları verilirdi.

Mən suala qısaca Toyota istehsal və idarəetmə sistemlərini tətbiq etdik deyə bilərəm, lakın bu ətraflı izah olmazdı. Yaxşısı, detallı şəkildə etdiklərimizi izah etmək və hansı prosedurlar sayəsində problemli GM-in Fremont zavodunun nümunə bir istehsal zavoduna keçməsini göstərməkdir, özü də eyni işçilərlər!

Niyə "NUMMI" başladı?

Son.az moneta.az-a istinadən bildirir ki, Toyota məni 1983 cü ilin axırlarında şirkətin "GM" ilə olan yeni girişimində işləmək üçün işə aldı. Hələ o NUMMI-in adı, heç işçisi də yox idi. Yenicə, "United Auto Workers Union"la müqavilə bağlanmaqda idi. "GM" boş qalan zavodunu işə salmaq istəyirdi və "Toyota" istehsal sistemi ilə bağlı bəzi məlumatı var idi. NUMMI onları yaxınlaşdırmaq və ən əsas, yeni bir şeylər öyrənmək üçün çox yaxşı bir şans ola bilərdi.

Toyota da öz növbəsində, ABŞ-da məhsul istehsal etməklə bağlı təyziqlər görürdü. Toyota özü yalnız gedə bilərdi böyük çətinliklərlə üzləşmədən, lakın onun əsas məqsədi öyrənmək idi. Belə ki, yad sularda üzmək üçün özünə yaxşı bir yoldaş tapdınını anlamışdı.

Qeyd etmək lazımdır ki, "Toyota"nın NUMMI ilə bağlı planı müəyyən biznes məqsədləri deyil, sırf öyrənmək idi və onların ən yaxşı bildiyi bir şey var idi ki, o da ən aşağı idarəetmə səviyyəsindən öurənməyin nə qədər vacib olduğu idi. Elə ilk gündən "Toyota" məhz bu fəlsəfəsi ilə yola çıxmışdı.

GM Fremont zavodunun işçiləri həmin dövrün ən pis işçiləri hesab olunurdu. Toyotanın bu işçilərə ən vacib məqamlardan biri olan "işçi iştirakını" necə təmin edəcəyi ilə bağlı çox narahatlığı vardı. Maraqlı idi ki, reputasiyası bu qədər zəif olan bir komanda ilə necə keyfiyyətli bir iş ortaya qoymaq olacaq. Bu, tək maneə deyildi. Bunlara baxmayaraq, faktdır ki, işçilər bu fəlsəfəni qavraya bildilər. İşdən yanınma halları daha əvvəl 20 faizdən yüksək olduğu halda, 2 faizdən belə aşağı düşdü. Eyni işçilərlə bir il ərzində "GM" keyfiyyəti ən pisdən ən yaxşıya artıra bildi.

Yeni düşüncə tərzinə ehtiyac var?

Korporativ mədəniyyət konseptini gündəmə gətirən şəxs "MIT Sloan İdarəetmə Məktəbi"ndən olan Edgar Schein-dir. O, bizə öyrətdi ki, mədəniyyət çox mühümdür və o, birbaşa üsullarla mədəniyyəti dəyişməyin mümkün olmasına inanmır.