Tərtərdə 384 ədəd 7.62 mm-lik güllə aşkar olunub (FOTO)


Digərləri 24 Fev 2018 20:42:39 255 0

Tərtərdə 384 ədəd 7.62 mm-lik güllə aşkar olunub (FOTO)

Tərtərdə 384 ədəd 7.62 mm-lik güllə (T-46 LPS) aşkar olunub.

Bakı. Tərtərdə 384 ədəd 7.62 mm-lik güllə (T-46 LPS) aşkar olunub. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata əsasən, fevralın 24-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Seydimli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.