Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?


Digərləri 24 Fev 2018 19:25:00 302 0

Azərbaycanın valyuta ehtiyatına nə almaq olar?

2018-ci ilin fevralın 22-nə  olan göstəriclərə əsasən Azərbaycan Mərkəzi Bankının ehtiyatları  5 mlrd 381.2 mln dollar təşkil edir.

Son.az banco.az-a istinadən bildirir ki, əgər AMB-nin valyuta ehtiyatları üzərinə Dövlət Neft fondunun ehtiyatlarını da əlavə etsək, valyuta ehtiyatlarımız təxminən  41,2 milyard dollar civarında olur.

Bu rəqəm sizə nə deyir?

41,190,000,000

Xərclər

Əgər sizin 41,2 milyard dollarınız olsa, siz Almaniyada  hərəsi 50 min dollar olan 823, 800 bir otaqlı mənzil   və ya Amerikada  hər biri 700 min dollar olan 58,843  motosikl ala bilərsiniz.

Əgər Azərbaycan fiziki şəxs olsaydı, onda dünyanın ən zəngin insanları sırasında iqtisadi və maliyyə xəbərləri üzrə medya şirkəti olan Bloomberqin qurucusu  Michael Bloombergdən (47,5 milyard dollar) və ən zəngin lüks mallarına sahib olan , Fransada yerləşən və 60 şirkətə malik olan LVMH-ın CEO-su olan Bernard Arnaultdan  (41,5 milyard dollar) sonra Google qurucusu və Alphabet Inc. Şirkətinin idarə heyətinin sədri  Larry Page -dən (40,7 milyard dollar) əvvəl on ikinci  sırada yer alardı. Eyni zamanda  Azərbaycanın ehtiyyatları dünyanın ən zəngin adamı olan Bill Qeytsdən (86 milyard dollar) iki dəfə az olardı.