Qadın ərindən icazəsiz oruc tuta bilərmi?


Digərləri 24 Fev 2018 19:05:00 335 0

Qadın ərindən icazəsiz oruc tuta bilərmi?

Əri yanında olan qadının, ərinin icazəsi olmadan əlavə oruc tutması qadağandır.

Son.az zikr.az-a istinadən bildirir ki, digər bir hədisdə isə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) belə demişdir: "Əri yanında ikən onun icazəsini almadan bir qadının nafilə oruc tutması halal olmaz. Qadın, ərinin icazəsi olmadan, evinə kimsənin girməsinə icazə verə bilməz". (əl-Buxari "Nikah", 86; Muslim "Zəkat", 84). Bu qadağa Ramazan və bu ayda olan qəza oruclarına aid deyil, çünki bu oruc bütün müsəlmanlara vacibdir. Son.az