Afrin mühasirəyə alınır


Dünya 24 Fev 2018 15:20:00 954 0

Afrin mühasirəyə alınır

Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən 20 yanvar 2018-ci ildə başlayan "Zeytun budağı" əməliyyatında növbəti mərhələ başlayır.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, TSK Afrin ətrafında 415 km-lik ərazinin terrorçulardan təmizləndiyini və şəhərin 25%-nin nəzarət altına alındığını açıqlayıb. Növbəti mərhələdə əməliyyat çərçivəsində vurulacaq hədəflər və hərəkət planı müəyyənləşdirilib. Türkiyə ordusu şəhərin mühasirəsinə başlayaraq, mərkəzdə və ətrafda 14 istiqamətdə mübarəzəyə davam edəcək.