"560 minə yaxın şəxsin müavinətləri artırılacaq" Nazirlik


Digərləri 24 Fev 2018 13:37:00 215 0

"560 minə yaxın şəxsin müavinətləri artırılacaq"  Nazirlik

"Azərbaycan Prezidenti İlham Əliyevin "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında" və "Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında" 23 fevral 2018-ci il tarixli Sərəncamları sosial təminat sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində növbəti addımdır".

Son.az xəbər verir ki, bunu Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

O bildirib ki, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" sərəncamla yaşa görə, ümumi xəstəlik, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar səbəblərdən ümumi səbəbdən əlilliyə görə, ailə başçısını itirməyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı (ünvanlı dövlət sosial yardımı alan) ailələrdəki 1 yaşınadək uşaqlara, müharibə əlilləri və onlara bərabər tutulanların, şəhid ailələrinin və müddətli hərbi xidmət qulluqçularının uşaqlarına və qanunvericilikdə nəzərdə tutulan digər kateqoriyalara aid şəxslərə təyin olunan aylıq sosial müavinətlərin məbləği 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılacaq.