Terrorçular yaşlı kəndlilərin əlqolunu bağlayıb,


Dünya 24 Fev 2018 12:52:00 270 0

Terrorçular yaşlı kəndlilərin əlqolunu bağlayıb,

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 36 gündür davam edir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ötən gün daha bir kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Maskah kəndini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 101-ə çatıb.

Azad edilən Maskah kəndindəki anbarların birində əlləri-ayaqları bağlı halda olan 4 kəndli tapılıb. Məlum olub ki, terrorçular anbara mina qoyaraq mülki vətəndaşlardan qalxan kimi istifadə ediblər. Kəndlilər minalanmış ərazidən azad edilib, evlərinə ötürülüb.


Xəbərə aid fotolar