Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb


Digərləri 24 Fev 2018 12:35:00 271 0

Azərbaycan qazının Bolqarıstana nəqli üzrə layihənin investisiya dəyəri açıqlanıb

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan qaz interkonnektoru layihəsinə (IGB) 17 milyon avro həcmində investisiya qoyulub.

Son.az bildirir ki, bu barədə Trend-ə özəl açıqlamasında ICGB AD (layihənin operatoru) şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.

O qeyd edib ki, bu məbləğ layihənin səhmdarı - "Bulgarian Energy Holding EAD" və "IGI Poseidon S.A". tərəfindən yatırılıb.

Xanım T.Georgiyeva əlavə edib ki, layihə üçün lazım olan məbləğin qalan hissəsi qrant və borclar hesabına ödəniləcək:

"Layihənin ümumi investisiya dəyəri 240 milyon avro (əlavə dəyər vergisi olmadan) təşkil edir. Bunun təqribən 220 milyon avrosu kapital xərcləri, 20 milyon avro isə layihənin işlənib hazırlanması dəyəridir".

İcraçı direktor bildirib ki, İqtisadiyyatın bərpası üçün Avropa Energetika Proqramı (EEPR) çərçivəsində artıq 45 milyon avro dəyərində qrant təsdiq edilib: "Bundan başqa, Bolqarıstan hökuməti IGB üçün 110 milyon avro məbləğində dövlət zəmanətinin verilməsini təsdiq edib".