“Bizdə benzin niyə bahadır?”


Digərləri 24 Fev 2018 12:10:23 227 0

“Bizdə benzin niyə bahadır?”

Rusiyada bezninin qiyməti bizdən 26% aşağıdır, amma əmək haqqı 2,1 dəfə yüksəkdir. Qazaxıstanda isə 6% bizdən ucuzdur, əmək haqqı isə 1,5 dəfə bizdən yüksəkdir.

Son.az xəbər verir ki, bunu bizimyol-a açıqlamasında millət vəkili Əli Məsimli deyib. O bildirib ki, bu məsələni Milli Məclisdə də qaldırıb: "Rəsmilər çox vaxt deyir ki, bizdə benzinin qiyməyi ucuzdu. Qiyməti qaldırıb benzinin keyfiyyətini yaxşılaşdıracağıq. Qiymət qalxır, amma benzinin keyfiyyəti yaxşılaşmır.

Düzdür, bizdə benzinin qiyməti orta dünya göstəricisindən (1,1 dollar) və inkişaf etmiş ölkələrdəkindən ucuzdur. Amma biz özümüzü Rusiya və Qazaxıstanla müqayisə etsək və bizdə benzinin keyfiyyətinin aşağı olduğunu və orta gəlirləri də ora əlavə etsək, onda bizdə qiymət bahadır.