Hindistanda qadınlara pulsuz gözəllik təklif olunur FOTO


Digərləri 24 Fev 2018 11:02:00 284 0

Hindistanda qadınlara pulsuz gözəllik təklif olunur  FOTO

Hindistanın cənubundakı Tamil-Nadu ştatının hakimiyyət dairələri yerli qadınların istisnasız olaraq hamısına pulsuz plastik və kosmetik cərrahiyyə prosedurları təklif edib. Əməliyyatlarla prosedurlar dövlət büdcəsi hesabına gerçəkləşdiriləcək.

Son.az Hindustan Times-a istinadən bildirir ki, Tamil-Nadunun hakimiyyət dairələri populist siyasəti ilə məşhurdur. Belə ki, əvvəllər ştat sakinlərinə yeməkxanalarda pulsuz yeməklər, keçilər, noutbuklar və velosipedlər təklif olunmuşdu.

İndisə qubernator administrasiyası minlərlə yoxsul tamil qadını dövlət hesabına "gözəlləşdirmək" niyyətindədir.

Ştatın səhiyyə naziri S.Vicabaskarın dediyinə görə, ilkin mərhələdə qadınların sinə ölçülərinin böyüdülməsi ilə bağlı əməliyyatlar nəzərdə tutulur. Əməliyyatlardan, ilk növbədə, ən yoxsul qadınlar yararlana biləcəklər.


Xəbərə aid fotolar