Bakıda qanunsuz olaraq 4 küknar kəsən saxlanıldı


Digərləri 24 Fev 2018 11:06:00 205 0

Bakıda qanunsuz olaraq 4 küknar kəsən saxlanıldı

Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb.

Bakı. Samir Əli - Bakıda qanunsuz ağac kəsən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 22-də gecə saatlarında paytaxtın Nizami rayonunun Q.Qarayev prospekti ev 59-un qarşısında 4 ədəd küknar ağacı kəsilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb.