"Canlı bomba" özünü partlatdı:


Dünya 24 Fev 2018 10:17:47 337 0

"Canlı bomba" özünü partlatdı:

Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətində güclü partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Məlumata görə, bu partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində iki yerli televiziya stansiyasına da ziyan dəyib.