Bolqarıstanın energetika naziri istefa verib


Dünya 24 Fev 2018 08:40:00 242 0

Bolqarıstanın energetika naziri istefa verib

Bolqarıstanın energetika naziri Temenujka Petkova istefa verib.

Son.az "Report"a istinadən bildirir ki, buna səbəb ölkənin iri enerjipaylayıcı şirkəti olan "CEZ"in səhmlərinin xanım nazirin yaxın tanışı olan "İnerkom Bolqarıstan" şirkəti tərəfindən alınması olub.

"Mən bu insanları 20 ildir ki, tanıyıram. Aramızda olan münasibətlərin şərhə və ya hər hansı bir şübhənin yaranmasına səbəb olacaq əsaslara yol verməmək məqsədilə, baş nazirlə danışıb istefa verməyi qərara almışam", - deyə xanım nazir bildirib. O, əlavə edib ki, alıcının seçim proseduru Çexiya Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilib və bu da sövdələşmədə Bolqarıstan tərəfinin müdaxiləsinə şübhə yaratmır.