"ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır"


Dünya 23 Fev 2018 23:39:00 294 0

"ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır"

ABŞ-ın İsrail səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi və bunun üçün seçilmiş tarix təxribatdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının baş katibi Sahib Ureykatın bəyanatında bildirilir.

"ABŞ-ın İsrailin paytaxtı olaraq Yerusəlimi tanıması və məhz mayın 14-də səfirliyi açmaq qərarı rəsmi Vaşinqtonun beynəlxalq hüququ sarsıtmaq əzmində olduğunu nümayiş etdirir. Bu Fələstin xalqı, eləcə də bütün müsəlman və xristianlara qarşı təxribatdır", bəyanatda deyilir.