V Beynəlxalq Muğam Festivalının açılış konserti olacaq


Digərləri 23 Fev 2018 20:41:00 228 0

V Beynəlxalq Muğam Festivalının açılış konserti olacaq

Azərbaycanda “Muğam aləmi” V Beynəlxalq Muğam festivalı keçiriləcək.

Bakı. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə, 7-14 mart tarixlərində Azərbaycanda “Muğam aləmi” V Beynəlxalq Muğam festivalı keçiriləcək. Trend-in məlumatına görə, martın 7-də Heydər Əliyev Sarayında V Beynəlxalq Muğam Festivalının açılış konserti baş tutacaq. Festivalın açılış konsertində əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Konsertdə Gülyaz Məmmədova, Emil Əfrasiyab, Firuz Səxavət, Afaq Abbasova, İlkin Əhmədov, Rəvanə Qurbanova, Aşıq Babək Şakirli və başqaları iştirak edəcək. İfaçılar görkəmli bəstəkarlar Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, M.Maqomayev, C.Hacıyev və F.Əlizadənin opera və operettalarından parçalar və Azərbaycan xalq mahnılarını səsləndirəcək.