Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb


Dünya 23 Fev 2018 18:34:35 268 0

Erməni hərbçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb

Hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib

Ermənistan ordusunun müddətli hərbçisi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Müdafiə Nazirliyi mətbuat  katibi Artsrun Ovannisyan bildirib.

Onun sözlərinə görə, hadisə Ermənistanın Tavuş rayonundakı hərbi hissələrdən birində baş verib. 

Mətbuat katibi deyib ki, yaralı hərbçi Yerevandakı tibbi müəssisələrdən birində müalicə olunur.

A.Ovannisyan hadisənin səbəbi barəsində açıqlama verməyib.