Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi


Digərləri 23 Fev 2018 17:27:00 242 0

Bayılda evlərindən çıxarılan ailələrə plastik kartlar verildi

Bakıda Bayıl yamacında baş verən sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən mənzillərin sahiblərinə kirayə haqları üçün kartlar paylanılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından onlara plastik kartlar təqdim olunub. Kartlar Azərbaycan Beynəlxalq Bankından verilib:

"Fevral ayının kirayə haqqını şəxsiyyət vəsiqəmizi təqdim etməklə aldıq. Mart ayından etibarən kirayə haqlarını plastik kartla alacağıq".

Sakinlər bildirirlər ki, plastik kartlar 67 ailəyə verilib. Qalan ailələrə isə kirayə haqları hələlik ödənilməyib.