Bakıda 16 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir


Digərləri 23 Fev 2018 17:10:00 261 0

Bakıda 16 marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilir

Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, 24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.


Xəbərə aid foto