Xırdalanda atışmada ölən şəxsin həyat yoldaşı: "Gecə gəldi, üstü qan idi"


Digərləri 23 Fev 2018 16:53:00 264 0

Xırdalanda atışmada ölən şəxsin həyat yoldaşı: "Gecə gəldi, üstü qan idi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl, quldurluq və digər cinayətlərdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov və Allahverdi Ruzpeykarın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi iclasda məhkəmə istintaqı başlayıb. Dövlət ittihamçısı ittiham aktını elan edib.

Qeyd edək ki, ötən il martın 31-də Xırdalan şəhərində atışma baş verib.

Təqsirləndirilən şəxslərlə digər bir neçə nəfər arasında baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hadisənin borc pul üstündə baş verdiyi, təqsirləndirilən şəxslərin kriminal aləmə yaxın olduqları bildirilir.

İttihama münasibət bildirən Xəyal Paşayev özünü qismən təqsirli bilib. Kənan Həsənov, Bilal Bayramov, Məhəmməd Əhmədov, Allahverdi Ruzpeykar isə özlərini təqsirli bilmədiklərini deyiblər.