Daşkənddə metronu partlatmaq təhdidi


Dünya 23 Fev 2018 16:56:00 249 0

Daşkənddə metronu partlatmaq təhdidi

Özbəkistanın paytaxtı Daşkənddə bir şəxs məlumat xidmətinə zəng vuraraq metronu partlatmaqla təhdid edib.

Son.az Trend-ə istinadən bildirir ki, zəng edən şəxs adının Doniyor Xolikov olduğunu deyib və həyat yoldaşının 20 dəqiqə ərzində övladını gətirməyəcəyi təqdirdə metroda partlayış olacağını bildirib.

Aparılan araşdırma nəticəsində həmin şəxsin adının həqiqətən də Doniyor Xolikov olduğu məlum olub və yaşayış yeri müəyyənləşdirilib.