Tələbə ailəsinin qətlini sifariş verdi ata və anasını


Digərləri 23 Fev 2018 14:25:00 262 0

Tələbə ailəsinin qətlini sifariş verdi  ata və anasını

Rusiyanın Soçi şəhərində 22 yaşlı tələbə həbs olunub. O, atasının, anasının və kiçik bacısının qətlini sifariş verməkdə suçlanır.

Son.az European-a istinadən bildirir ki, tələbə Qara dənizinin sahilindəki ailə evinə yiyələnmək istəyirdi. Bu səbəbdən də o, killerin "köməyi" ilə ailəsindən "qurtulmaq" fikrindəydi.

O, killer axtarışına çıxanda hüquq-mühafizə orqanlarının əməkdaşlarının diqqətini çəkib. Gənc tələbəninin ailə üzvlərini qətlini gerçəkləşdirmək istəyi barədə informasiya şəhər polis idarəsinin cinayət-axtarış bölməsinin zabitlərinə çatandan sonra əməliyyat başlanıb.

İnformasiya yoxlanılıb və məlumatın səhihliyi müəyyənləşib.

Polis zabitlərindən biri "potensial killer" roluna girib. Bəlli olub ki, 22 yaşlı tələbə atasının, anasının və kiçik bacısının qətlinə görə 3 milyon rubl ödəməyə hazırdır.

O, valideynlərinin və bacısının bıçaqlanmasını istəyib.

Tələbə ov bıçağı ilə varidata yiyələnən kimi "sifariş pulu"nu ödəyəcəyi barədə yazılı öhdəliyi "killer"ə verib.

Daha sonra o, evdəki otaqların yerləşməsini, videomüşahidə kameralarının yerini deyib.


Xəbərə aid fotolar