Bill Geyts canlı yayımda rüsvay oldu VİDEO FOTO


Digərləri 23 Fev 2018 13:48:00 325 0

Bill Geyts canlı yayımda rüsvay oldu  VİDEO  FOTO

ABŞ-ın Microsoft korporasiyasının banisi və sahibi, dünyanın ən zəngin iş adamlarından biri Bill Geyts tanınmış teleaparıcı Ellen DiCenerisin teleşousuna qatılıb.

Son.az ABC-yə istinadən bildirir ki, 91,6 milyard dollarlıq varidatı olan 62 yaşlı B.Geyts zarafat sınağına məruz qalıb. İllərdən bəri adi supermarketə alış-verişə getməyən Bill Gets ABŞ-da populyar olan bəzi ərzaqların qiymətlərini deməli idi.

Düyü yeməkli qutunu Bill Geyts 5 dollar dəyərində qiymətləndirib. Halbuki bu yarımfabrikatın satış qiyməti 1 dollardır. Paltar yumaq üçün kapsulun qiymətinin 4 dollar olduğunu deyən Geyts studiyada gülüşlə qarşılaşıb. Tamaşaçılar onun "Kapsul daha bahalıdır" deyəndə Geyts "Hə, onda 10 dollar!" deyib. Ellenin yardımçısı kapsulun qiymətinin 20 dollar olduğunu göstərəndə milyarder xeyli təəccüblənib.

"Mən bu kapsula ən uzağı 10 dollar verərdim", - Geyts söyləyib.

Daha sonra o, supermarketlərdə qiymətlərin "çox ucuz" olmasına təəccüləndiyini, şouda rüsvay olduğunu deyərək gülüb.


Xəbərə aid fotolar