Azərbaycan Türkiyəyə qaz ixracını artırıb


Digərləri 23 Fev 2018 13:07:00 252 0

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

2017-ci ildə Azərbaycan Türkiyəyə 6,54 milyard kubmetr qaz tədarük edib.

Son.az xəbər verir ki,Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Nizamlanması İdarəsinin hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, 2016-cı ildə bu göstərici 6,48 milyard kubmetrə bərabər idi.

Ötən il Türkiyə 55,2 milyard qaz idxal edib ki, ondan 44,43 milyardı boru kəmərləri, 10,76 milyard kubmetri mayeləşdirilmiş təbii qaz idxalının payına düşüb.