Suriyada terrorçulardan azad edilən məntəqələrin sayı 100ə çatdı


Dünya 23 Fev 2018 12:53:56 275 0

Suriyada terrorçulardan azad edilən məntəqələrin sayı 100ə çatdı

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 35 gündür davam edir

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 35 gündür davam edir.

Son.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə ötən gün 4 kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Bafler, Zəhra, Aşağı Korqan və Yuxarı Korqan kəndini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 100-ə çatıb.