Qaçırdığı maşınla yas mərasiminə gedirdi...


Digərləri 23 Fev 2018 11:41:00 209 0

Qaçırdığı maşınla yas mərasiminə gedirdi...

Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub.

Bakı. Fevralın 23-nə keçən gecə Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. DİN-dən Trend-ə bildirilib ki, məlumatla əlaqədar Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla Abşeron rayon sakini Fuad Əliyevə məxsus “VAZ-21099” markalı avtomobilin gecə saat 3 radələrində Lökbatan qəsəbəsi ərazisindən qaçırıldığı məlum olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan zaman avtomobili qaçıranın arvadı və 5 övladı da maşında olub.