Məşuqəsinə görə ölkənin baş nazirinin müavini vəzifəsindən istefa verdi


Dünya 23 Fev 2018 09:45:00 216 0

Məşuqəsinə görə ölkənin baş nazirinin müavini vəzifəsindən istefa verdi

Avstraliyanın baş nazir müavini və Milli Partiyanın lideri Barnabi Coys istefaya getməsi barədə bəyan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, keçirdiyi mətbuat konfransında tutduğu hər iki məsul vəzifədən istefa etdiyini bildirib. B.Coys bununla belə, Nümayəndələr Palatasında fəaliyyətini davam etdirəcəyini deyib.

Qeyd edək ki, baş nazir müavininin istefa verməsinə səbəb isə həyat yoldaşı ilə boşanmasını rəsmiləşdirmədən kənarda məşuqə ilə görüşməsi olub.