Yük avtomobilinin təkəri partlayıb, sürücü ağır xəsarət alıb


Digərləri 23 Fev 2018 08:42:00 526 0

Yük avtomobilinin təkəri partlayıb, sürücü ağır xəsarət alıb

Hadisənin dəqiq səbəbləri araşdırılır

Sabirabad rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, 1971-ci il təvəllüdlü Şəki şəhər sakini Məmmədov Əvəz Məmməd oğlu yük avtomobilindən düşərkən maşının təkəri partlayıb.

Nəticədə təkərin şini yerindən çıxaraq Ə.Məmmədova dəyib. Ağır xəsarət alan yaralı Bakıda xəstəxanaya yerləşdirilib.