Bakıda mənzildə yanğın olub


Digərləri 23 Fev 2018 08:26:00 227 0

Bakıda mənzildə yanğın olub

Bakıda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın şəhərin Yasamal rayonunda ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində ev əşyaları yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.