Müğənniyə silahlı hücum oldu


Digərləri 23 Fev 2018 00:45:00 268 0

Müğənniyə silahlı hücum oldu

Müğənni Volkan Konaka silahlı hücum olub.

Son.az axşam.az-a istinadən bildirir ki, İstanbulda məkanların birində konsert verən sənətçi "Sən Vətən xainisən" deyən şəxsin hücumuna məruz qalıb. Volkan Konak heç bir xəsarət almasa da, məkanın mühafizəçiləri hücum edən şəxsi zərərsizləşdiriblər. Silahdan çıxan güllələr tavana dəyib. Konak məsələ ilə bağlı açıqlamasında "İçkili məkandır. Belə şeylər normaldır. Hadisənin mənimlə əlaqəsi yoxdur" deyib.