Rusiyanın Argentinadakı səfirliyindən 400 kq kokain aşkarlanıb FOTO


Digərləri 22 Fev 2018 23:59:00 244 0

Rusiyanın Argentinadakı səfirliyindən 400 kq kokain aşkarlanıb  FOTO

Buenos-Ayres beynəlxalq hava limanında keçirilmiş xüsusi əməliyyat zamanı rus əsilli argentinalı polis əməkdaşı İvan Bliznyük saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, İ.Bliznyük  Rusiyanın Argentinadakı səfirliyi vasitəsi ilə kokainin Moskvaya göndərilmə  kanalının yaradılmasında əlaqəli olmaqda şübhəli bilinir.

Məlumata görə, hər iki ölkəni əhatə etmiş birgə əməliyyat bir ildən çox davam edib. 

"Todo Noticias" bildirir ki, 2016-cı ilin dekabrında Rusiyanın Argentinadakı səfirliyində 400 kq-dək kokain aşkarlanıb. Məlumata görə, Rusiyanın Argentinadakı səfiri polisə zəng edərək səfirliyin kollecində narkotik vasitələrin aşkarlandığını bildirib. Məlum olub ki, narkotiklərlə dolu 12 çamadanı binaya iyul ayında səfirliyin sabiq əməkdaşı gətirib.  


Xəbərə aid fotolar