Xərçənglə mübarizədə yeni silah


Digərləri 22 Fev 2018 23:45:00 221 0

Xərçənglə mübarizədə yeni silah

ABŞ alimləri DNT-dən çıxardıqları nanorobotlar sayəsində xərçəng hüceyrəsini təsirsiz hala gətirərək şişləri kiçiltməyi bacardı.

Elm insanları, DNT-dən etdikləri nanorobotlarla xərçəng hüceyrələrinə gedən oksigen və enerjini kəsmənin yolunu kəşf etdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, İngiltərədə nəşr olunan The Times qəzetinin elmi müxbiri Oliver Mudinin xəbərinə görə kiçik heyvanlar üzərində aparılan sınaqlarda bu üsulun heç bir zərərli yan təsiri də görülmədi.

Nature Biotechnology jurnalında nəşr olunan araşdırmaya görə mikroskopik DNT robotları siçanlar üzərindəki sınaqlarda şişləri kiçiltməyi bacardı.