​​​​​​​ABŞın Türkiyə ilə bağlı yeni planı


Dünya 22 Fev 2018 23:26:00 213 0

​​​​​​​ABŞın Türkiyə ilə bağlı yeni planı

ABŞ prezidenti Donald Tramp administrasiyası Türkiyə ilə əlaqələri bərpa etmək və Ankaranı Rusiya və İranla qurduğu ittifaqdan qoparmaq üçün işə başlayıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda"Wall Street Journal" nəşrinə danışan Ağ Evdəki mənbələr bildiriblər.

Mənbələrin sözlərinə görə, ABŞ İran və onun müttəfiqlərinin Suriyadan çıxarılması üçün Ankaraya yardım təklif etməyi planlaşdırır. Qəzet Ankara ilə aparılan danışıqlarda Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster, xarici işlər naziri Reks Tillerson və müdafiə naziri Jeyms Mettis kimi yüksək rütbəli rəsmilər də daxil olmaqla, çoxlu sayda səlahiyyətlinin iştirak etdiyini yazıb.