ƏhliBeytin məsumluğunu isbat edən ayə


Digərləri 22 Fev 2018 23:20:00 249 0

ƏhliBeytin məsumluğunu isbat edən ayə

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun. Beləliklə, əgər (din və ya dünya işlərindən) bir şey barəsində mübahisəniz olsa, Allaha və axirət gününə imanınız varsa, onu Allaha və Onun peyğəmbərinə həvalə edin (dini ixtilafı şəriət alimi, dünya barəsindəki ixtilafı isə qazı vasitəsilə Allahın Kitabına və Peyğəmbərin sünnəsinə əsaslandırın). Bu, (sizin üçün) daha xeyirli və nəticə baxımından daha gözəldir". ("Nisa" 59).

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbərin (s) və Məsum İmamların (ə) ismətini təsdiq edən ayələrdən biri də bu ayədir. Çünki Allah bu ayədə Peyğəmbərə (s) itaət etməyi ulul-əmr hesab etmişdir. Yəni Həzrət (s) hər nə göstəriş və əmr versə, sorğu-sualsız yerinə yetirilməlidir.

Əgər ulul-əmr məsum olmazsa, ola bilsin ki, bilərəkdən və ya səhvən Allaha müxalif olan əmrlər versin. Ona görə də bu ayə bir daha məsumluğu isbat edir. Sözügedən ayə - itaət olunmağı vacib buyuran mühüm ayələrdəndir.

O cümlədən, əhli-təsənnün təfsirçisi olan Fəxri Razi bu ayədə məsumluğun isbatından söhbət getdiyini etiraf etmişdir. Bu ayənin təfsirində yazır: "Beləliklə, sabit oldu ki, Allahın ulul-əmrə itaətlə bağlı göstərişi - qəti və mütləqdir. Həmçinin sabit oldu ki, Allah o kəsi ki, itaətə vacib bilir - xata və səhvdən məsum olmalıdır. O zaman ki, belə olar, bu ayədə olan ulul-əmr mütləq gərək məsum olsun".