İmam Məhdinin zühurundan sonra kasıblar olacaqmı?


Digərləri 22 Fev 2018 23:10:00 308 0

İmam Məhdinin zühurundan sonra kasıblar olacaqmı?

İmam Zaman (ə) zühur edəndən sonra insanların qəlbi hər şeydən ehtiyacsız olacaqdır. İmamın (ə.f) ədaləti o qədər geniş olacaqdır ki, carçıya əmr edəcəkdir ki, hər kim mal-dövlətdən nə istəyirsə, gəlib götürsün. Heç kəs ayağa qalxmayacaqdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, zühur zamanında bərəkət səmadan yağacaqdır. Səma öz səxavətini bütün bəşərə göstərəcəkdir. Hədislərin nəzərinə görə təqvaya riayət etmək, ədaləti yerinə yetirmək, ayrı-seçkiliyi aradan qaldırmaq - nemətin nazil olmaq şərtləridir. Belə ki, Quran ayəsində oxuyuruq:"Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq.

Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq". ("Əraf" 96).