SiddiqeyiTahirə Allahın qırılmaz kəndiridir


Digərləri 22 Fev 2018 22:20:00 233 0

SiddiqeyiTahirə Allahın qırılmaz kəndiridir

Qurani-Kərim - Allahın ipidir və qırılmaz kəndiridir. Bu kəndiri Allah nazil etmişdir. Ancaq Quranın nazil olması yağışın nazil olması kimi deyildir. Bu kəndiri Allah nazil etmişdir, yəni bəşərə sanki sallamışdır.

Yağışın nazil olması - su damcılarının yerə atılmasıdır. Ancaq Quranın nazil olması bu İlahi kəndirin yuxarıdan aşağıya sallanması deməkdir.

Hər kəs bacardığı qədər çalışır ki, elm və əməli ilə bu kəndirdən yapışa bilsin.

Son.az deyerler.org-a istinadən bildirir ki, Əhli-Beyt (ə) və Həzrət Zəhra (s.ə) da Allahın qırılmaz kəndirləridir. Onlar İlahi övliyalardandırlar. O kamil insana Vəliyallah deyirlər ki, elm və əməlini vasitə olmadan birbaşa Allahdan alar. Belə bir insan olur Allahın vəlisi. Bütün Əhli-Beyt (ə), Allahın yer üzərində olan vəliləridir.

Məşhur hədisdə oxuyuruq: "Bu kəndirin bir tərəfi, yəni Quran Allahın əlindədir. Bir tərəfi isə sizin əlinizdədir".