Qisas almaq üçün qonşusunun silahını oğurladı VİDEO


Digərləri 22 Fev 2018 21:08:00 271 0

Qisas almaq üçün qonşusunun silahını oğurladı  VİDEO

Qonşusu ilə ədavəti olan şəxs onun evini qarət edib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Abşeron rayon Xırdalan şəhərində baş verib. 28-ci məhəllə, ev 12, mənzil 75 ünvanında yaşayan Feyzulla Müslümov rayon polis idarəsinə məlumat verib ki, yaşadığı evədən 2 ədəd ov silahı oğurlanıb. Abşeron rayon polis idarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Süleyman Səmədov və Fuad Əliyevi saxlayıb. Məlum olub ki, saxlanılanlardan Süleyman Səmədov zərərçəkmişin qonşusu olub. Əvvəllər xuliqanlıq və soyğunçuluq maddəsi ilə həbs edilən Fuad Əliyevin sözlərinə görə, həmin evdən oğurluğu dostu Süleymanın istəyi ilə edib. Onlar sahibinin evdə olmadığını bilib, mənzilin qapsının açar yerini qıraraq oğurluq ediblər. Dostlar silahı gizlətdikdən sonra ona müştəri axtarıblar ki, satsınlar. Dindirmə zamanı Süleyman Səmədov hadisəni qisas almaq məqsədi ilə törətdiyini deyib.

Polis odlu silahları onlardan aşkar edərək götürüb. Faktla bağlı saxlanılan şəxslərlə bağlı cinayət işi başlanıb, istintaq davam edir.