Gənclər reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirilib (FOTO)


Digərləri 22 Fev 2018 20:20:00 295 0

Gənclər reproduktiv sağlamlıq və ailə planlaşdırılması ilə bağlı maarifləndirilib (FOTO)

Bilik Fondunun “Tibbi maarifləndirmə” proqramında - “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması"

Bakı. Azərbaycan Prezidenti yanında Bilik Fondunun "Tibbi maarifləndirmə" proqramı çərçivəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) həkim-mütəxəssisi Afət Məmmədovanın Binəqədi Gənclər Evində tibbi maarifləndirici mühazirəsi təşkil olunub. Fonddan Trend-ə verilən məlumata görə, 18 nömrəli Bakı Peşə Liseyi və Bakı Humanitar Kollecinin bir qrup tələbə qızlarının iştirakı ilə “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması: mövcud problemlər və onların həlli” mövzusunda keçirilmiş tədbiri giriş sözü ilə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova açıb. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun məsləhətçisi Aytən Xubanova Fondun İSİM-lə birgə gördüyü işlər barədə tələbələrə geniş məlumat verib.