“Dünyanın hörümçək toru” kitabı Azərbaycan dilində çap edilib


Digərləri 22 Fev 2018 16:43:16 138 0

“Dünyanın hörümçək toru” kitabı Azərbaycan dilində çap edilib

Əsərləri dilimizə Afaq Məsud və Nəriman Əbdülrəhmanlı tərcümə edib

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri - Amerika ədəbiyyatının görkəmli simalarından olan Tomas Vulfun roman və hekayələrindən ibarət “Dünyanın hörümçək toru” kitabı işıq üzü görüb.

Mərkəzdən "Report"a verilən məlumata görə, kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Dünyanın hörümçək toru”, “Baskom Hokun portreti” romanı, həmçinin “Parkda, “Qulliver”, “Günəş və yağış”, “Uzaqlardan və yaxında” kimi hekayələri daxil edilib.

Əsərləri dilimizə Afaq Məsud və Nəriman Əbdülrəhmanlı tərcümə edib. 

Kitabın redaktoru Salam Sarvandır.