Rezidenturaya sənəd qəbulu bu gün başa çatır


Digərləri 22 Fev 2018 16:35:00 261 0

Rezidenturaya sənəd qəbulu bu gün başa çatır

2018/2019-cu tədris ili üçün rezidenturaya sənəd qəbulu günün sonunadək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, qəbul imtahanında iştirak etmək üçün namizədlərin ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.