Mahmud Əhmədinejad İranın ali rəhbərinə məktub yazıb


Dünya 22 Fev 2018 12:53:39 221 0

Mahmud Əhmədinejad İranın ali rəhbərinə məktub yazıb

O, məhkəmə sistemində dəyişiklik edilməsi, ötən illərdə tutulan etirazçıların sərbəst buraxılması, bütün cinayət işlərinin azalmasını istəyir

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad ölkədə keçiriləcək seçkilər üçün azadlığın təmin olunmasını istəyib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, o, bunu İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneiyə ünvanladığı məktubunda vurğulayıb.

İslam Respublikasının 6-cı prezidenti məktubunda həmçinin İranın ali rəhbərindən prezident, parlament və məhkəmə sisteminin yenilənməsini istəyib.

O, məhkəmə sistemində dəyişiklik edilməsi, ötən illərdə tutulan etirazçıların sərbəst buraxılması, bütün cinayət işlərinin azalmasının vacibliyini bildirib.

“Ədalət məsələsində geri qalmışıq”, - deyən keçmiş prezident müraciətində siyasi islahatların aparılması üçün bazanın hazılanmasını da qeyd edib.

Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İranın prezidenti olub.