Məşhur şirkətdən müsəlmanlara hörmətsizlik


Digərləri 22 Fev 2018 10:39:45 232 0

Məşhur şirkətdən müsəlmanlara hörmətsizlik

Kəndlilər bu şirkətin məhsullarının satışdan çıxarılmasını tələb ediblər.

Heydərabadda bir qrup müsəlman küçəyə yığışıb, uşaq bezi bağlamalarını yandıraraq Pampers-in məhsullarını boykot ediblər.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Pampersin üzərində ərəbcə "Məhəmməd" yazılmasıdır.

Belə ki, hindistanlı aktivistlərin dediyinə görə, pampersin üzərinə çəkilən pişik şəklinin kirpiyində gözəçarpmayacaq dərəcədə Məhəmməd sözü yazılıb.

Pampersi yandıran şəxslər bunu müsəlmanlara təhqir kimi qəbul ediblər. Onlar məhsulu yandırarkən çəkilən videonu sosial şəbəkəyə yükləyərək müsəlmanları Pampers məhsullarını almamağa çağırıblar. Video 200 min dəfə izlənilib.


Xəbərə aid fotolar