“Samsung” dünyanın ən güclü planşetini buraxacaq


Digərləri 22 Fev 2018 08:55:00 222 0

“Samsung” dünyanın ən güclü planşetini buraxacaq

"GFXBench" xidmətinin məlumat bazasında Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin yeni "Galaxy Tab S4" planşetinin texniki xüsusiyyətləri açıqlanıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, cihaz yüksək məhsuldarlığa malik olacaq və bu xüsusiyyət onu dünyada ən güclü planşetə çevirəcək. "GFXBench"də cihaz "SM-T835" kod adı altında nümayiş etdirilir. Söhbətin "Samsung Galaxy Tab S4" planşetindən getdiyini anlamaq çətin deyil. Çünki əvvəlki model burada "SM-T825" kimi işarələnmişdi.   Bu modelə həsr edilmiş bölmədə deyilir ki, planşet 2560х1600  piksel genişlənməyə malik, 10,5 düym həcmli AMOLED ekrana malik olacaq. Planşetin "Qualcomm Snapdragon 835" çipseti ilə təchiz ediləcəyi, 4 Gb əməliyyat yaddaşına və 64 Gb əlavə yaddaşa malik olacağı bildirilir.   Cihaz 12 və 8 meqapiksel həcmində 2 kameraya malik olacaq və "Android 8.0 Oreo" əməliyyat sistemi ilə çalışacaq.